Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib
Bakı, 19 aprel, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) veb-səhifəsi yeni - www.family.gov.az domeni müasir dizaynla istifadəyə verilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, saytın yeni versiyasında komitənin fəaliyyəti haqqında məlumatlar, eyni zamanda, maarifləndirici materialları əhatə edən bölmələr təkmilləşdirilib və bir sıra yeni bölmələr əlavə olunub.
Hazırda saytda “Layihələr”, Uşaq və Ailələrə Dəstək Mərkəzləri, Resurs Mərkəzləri, “Ailəm könüllüləri” bölmələri fəaliyyət göstərir. Bundan əlavə, veb-səhifədə Uşaq Səfirlər Məclisinin saytına, Erkən Uşaqlıqda İnkişaf və gender portallarına keçidlər də mövcuddur.
Qeyd edək ki, yenilənmiş saytda faydalı ekspert məsləhətləri olan elektron jurnal da var.
Daha bir yenilik ondan ibarətdir ki, saytın mobil versiyasında Komitənin (012) 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə birbaşa zəng etmək mümkündür.
Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib
Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb
Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib