Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir
Bakı, 19 aprel, AZƏRTAC
“Media haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi parlamentin aprelin 19-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, “Media haqqında” Qanunun 59.2-ci maddəsinə əsasən çap mediası subyekti ola bilən dövlət orqanlarının (qurumlarının) dairəsi dəqiq müəyyən edilib. Təklif olunan dəyişiklik Naxçıvan Muxtar Respublikası Ali Məclisinin “Şərq qapısı” qəzetinin təsisçisi statusunun hüquqi əsaslarının qanunvericilikdə təsbit edilməsini nəzərdə tutur.
Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb
DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb
Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb
Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH