×
A
A
A
Sazlamalar

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Bakı, 10 may, AZƏRTAC

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də məhkum olunmuş Elşən Əsgərov və Füzuli Tağıyev Qobustan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, F.Tağıyevdən marixuana, E.Əsgərovdan isə metamfetamin aşkar olunaraq götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Cəmiyyət 2024-05-10 09:02:00