×
A
A
A
Sazlamalar

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Bakı, 19 aprel, AZƏRTAC

Bərdə Peşə Liseyinin binaların tikintisi və istismarı ixtisası üzrə I kurs tələbəsi Samuray Abdullayev aprelin 22-dən 30-dək ABŞ-da keçiriləcək “Vex Robotics Championship 2024” yarışında “STEAM Azərbaycan” komandasının tərkibində ölkəmizi təmsil edəcək.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Samuray Abdullayev STEAM Azərbaycan Festivalında “VEX V5” modulu üzrə 1-ci yerin qaliblərindəndir.

 

Elm və təhsil 2024-04-19 12:35:00