×
A
A
A
Sazlamalar

Respublika Elmi-Texniki Kitabxanasında Ulu Öndər Heydər Əliyevə həsr olunan tədbir keçirilib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasında (RETK) görkəmli dövlət və siyasi xadim, müasir müstəqil Azərbaycan Respublikasının memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Ulu Öndərin həyat və fəaliyyətindən geniş söhbət açılıb. Qeyd olunub ki, böyük dövlət adamı Heydər Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində Azərbaycan parçalanmaq və məhv olmaq təhlükəsindən xilas olub. Çıxış edənlər liderliyi ilə dünyanı heyran edən, siyasət elitasında ən uca zirvələrdən birini tutan, dahi Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında əvəzsiz xidmətlərindən danışıb, hər bir azərbaycanlının bu böyük şəxsiyyəti qürurla yad etdiyini vurğulayıblar.
Tədbirin sonunda Xalq artisti, rejissor Vaqif Mustafayevin Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Bir həsədin tarixi” filmi nümayiş etdirilib.

Elm və təhsil 2024-05-10 19:46:00