Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb
Bakı, 18 aprel, AZƏRTAC
Qazaxıstanın Aktobe və Atırau vilayətlərində sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb.
AZƏRTAC Qazaxıstanın Energetika Nazirliyinə istinadla xəbər verir ki, neft hasilatında itkilər 16 min ton təşkil edib.
Sonradan 141 quyunun işi bərpa olunub. Lakin 493 quyudan hələ də hasilat həyata keçirilmir.
Nazirliyin məlumatına əsasən, suyun çəkilməsi, torpağın tökülməsi, quyuların enerjisizləşdirilməsi və kip bağlanması, həmçinin bəndlərin hündürləşdirilməsi və möhkəmləndirilməsi üzrə işlər aparılır.
Müdafiə Nazirliyi: Rusiya qoşunları Xarkov vilayətində Ukrayna ordusunun müdafiəsini yarmağa çalışıb
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
Sadır Japarov: Qırğızıstandan gizli yolla qızıl çıxarılması barədə video saxtadır
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb