×
A
A
A
Sazlamalar

Londondakı Mərkəzi Qalereyada Karavacconun son rəsmləri nümayiş etdiriləcək

Bakı, 18 aprel, AZƏRTAC

Londondakı Milli Qalereyada “Sonuncu Karavacco” adlı sərgi keçiriləcək. Sərgi ziyarətçilərə rəssamın son əsərlərini görmək imkanı verəcək, həmçinin onun son tablosu olan “Müqəddəs Ursulanın əzabkeşliyi” əsərini nümayiş etdirəcək.
AZƏRTAC Londondakı Milli Qalereyanın rəsmi saytına istinadla xəbər verir ki, sərgi aprelin 18-dən iyulun 21-dək keçiriləcək.
“Müqəddəs Ursulanın əzabkeşliyi” əsəri yalnız 1980-ci ildə - Karavacco tərəfindən onun tapşırığının təfərrüatlarını əks etdirən arxiv məktubunun tapılmasından sonra bərpa edilib. Əsərin mülkiyyət hüququnu təsdiqləyən, həmçinin tablonun yaradılmasının bəzi mərhələlərini qeyd edən Neapol Dövlət Arxivindən tapılan məktub da sərginin bir hissəsi olacaq və Böyük Britaniyada ilk dəfə nümayiş etdiriləcək.
“Dərin təsirli və faciəvi tonda olan Karavacconun son tablosu, deyəsən, rəssamın Neapoldan ayrılıb Romaya qayıtmağa hazırlaşarkən narahat və kədərli ruh halını əks etdirir. Bu naməlum şah əsəri Milli Qalereyaya hədiyyə etdiyi üçün “Intesa Sanpaolo” şirkətinə minnətdarıq”, - deyə Londondakı Milli Qalereyanın direktoru Qabriele Finaldi sərginin məqsədini şərh edib.
Mikelancelo Merisi da Karavacco tarixin ən inqilabi rəssamlarından biridir. Onun parlaq naturalizmi, rəsmlərin dramatik işıqlandırılıması və güclü hekayələri ilə səciyyələnən orijinal, emosional məzmunlu tabloları Avropa incəsənətinə davamlı təsir göstərib.

 

Dünya 2024-04-18 14:13:00