ABŞ-da tələbələrin etiraz aksiyaları davam edir, 100-dən çox iştirakçı həbs olunub
Vaşinqton, 30 aprel, AZƏRTAC
ABŞ-da Texas Universitetində tələbələrin etiraz aksiyası zamanı 79 nəfər həbs olunub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətinə və universitetlərin İsrail şirkətləri ilə əməkdaşlığına etiraz edən tələbələrin aksiyaları ölkə boyu davam edir. Nümayişlərin mərkəzi hesab olunan Kolumbiya Universitetində tələbələrin uzaqlaşdırılmasına başlanılıb. Buna etiraz edən tələbələr “Hammilton Hall” adlandırılan korpusu zəbt ediblər. Onlar aksiyalara qoşulmuş tələbələrin bağışlanmasını tələb edirlər.
Aprelin 30-u səhər saatlarında, həmçinin Şimali Karolina Universitetində onlarla nümayişçi həbs olunub.
Kaliforniya Politexnik Universitetində isə 35 nəfər həbs olunub. Nizam-intizamın bərpası məqsədilə universitetin mayın 10-na kimi bağlanacağı bəyan edilib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Gürcüstan DİN narkotiklərlə əlaqədar 77 nəfəri saxlayıb
Gürcüstanın Seçki Məcəlləsinə dəyişikliklər olunacaq
Alman iqtisadçılarının proqnozları bədbindir
Pakistanın Pəncab əyalətində məktəblər bir həftəlik bağlanacaq
ŞƏT Xarici İşlər Nazirləri Şurası Astanada son regional prosesləri müzakirə edir