×
A
A
A
Sazlamalar

Yeni maarifləndirici təşəbbüs: “1 sual, 1 cavab”

Bakı, 18 aprel, AZƏRTAC

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən “1 sual, 1 cavab” rubrikasına start verilib.
Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, təşəbbüsdə əsas məqsəd təhsil işçilərini daha çox düşündürən suallara aydınlıq gətirilməsindən ibarətdir. Sosial şəbəkə vasitəsilə suallarına cavab tapmaq istəyən təhsilverənlər TDM-in feysbuk və instaqram səhifələrində paylaşılan məlumatların altından onları maraqlandıran suallarını qeyd edə bilərlər.
Müəllimlərin suallarının cavabları TDM-in feysbuk və instaqram səhifələrində məlumat (post) şəklində paylaşılacaq.

Elm və təhsil 2024-04-18 14:00:00