×
A
A
A
Sazlamalar

Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib

Bakı, 1 may, AZƏRTAC

Elm və təhsil nazirinin müavini Həsən Həsənlinin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nümayəndə heyəti Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) rəhbəri Erkan Kayalar, Türkiyənın milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüş keçirib.
Görüşlər zamanı Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın müxtəlif istiqamətləri üzrə müzakirələr aparılıb.
Nümayəndə heyəti Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvarla görüşüb. Görüşdə Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinin təşkilinə dair zəruri məsələlər müzakirə edilib.

Elm və təhsil 2024-05-01 10:34:00