Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi
Bakı, 18 aprel, AZƏRTAC
Qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmənin keçirilməsi vacibdir. Qida təhlükəsizliyi ilə bağlı bəzi məsələlər insanları ciddi narahat etməkdədir. Vətəndaşların sağlamlığını, qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyil. Burada bizim hər birimizin rolu hiss olunmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda təşkil edilən ictimai dinləmədə çıxışı zamanı deyib.
Komitə sədri qeyd edib ki, bu sistem davamlı olaraq fəaliyyətdədir. “Qida Təhlükəsizliyi Agentliyi yarandıqdan sonra müəyyən işlər görülüb və bu proses davam edəcək. Ancaq bizdən də asılı olan məsələlər çoxdur”, - deyə T.Rzayev qeyd edib.
XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək
Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib
Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib