×
A
A
A
Sazlamalar

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Bakı, 18 aprel, AZƏRTAC

Binəqədi-Balaxanı şosesi, Əliçıraq məscidinin qarşısında yük avtomobili aşıb.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəza səbəbindən hazırda yolun hər iki istiqamətində sıxlıq müşahidə edilir.
Yol polisi əməkdaşları hadisə yerindədirlər və sıxlığın qarşısını almaq üçün operativ tədbirlər görülür.

Cəmiyyət 2024-04-18 08:48:00