Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər
Tbilisi, 18 aprel, AZƏRTAC
Gürcüstan paytaxtı Tbilisidə parlamentin binası önündə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz olaraq başlayan aksiya davam edir. Əvvəlki günlərdən fərqli olaraq bu gün aksiyada hələlik qarşıdurma qeydə alınmayıb. Aksiya iştirakçıları parlamentin önündən hökumət evinə doğru yürüş etmək qərarına gəliblər.
AZƏRTAC xəbər verir ki, aksiya iştirakçıları hökumət binası qarşısında Baş nazir İrakli Kobaxidze ilə görüş, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin geri götürülməsini və bütün məhbusların azad edilməsini tələb edəcəklər.
Hökumət binası ətrafında polis toplaşıb. Azadlıq meydanında xüsusi təyinatlılar və güc strukturlarının əməkdaşları səfərbər olunublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib
Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir
Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb
Aİ-nin dərmanlara nəzarət orqanı COVID-19 vaksinini yeniləməyə çağırıb
Gürcü politoloq Qərbi tənqid edib: Niyə onlar bizə diktə etməlidilər?!