×
A
A
A
Sazlamalar

Gürcü politoloq Qərbi tənqid edib: Niyə onlar bizə diktə etməlidilər?!

Tbilisi, 2 may, AZƏRTAC

“Gürcüstanın qəbul etmək istədiyi qanun bir sıra ölkələrdə, eləcə də ABŞ-da var. Bu qanunların adları müxtəlif olsa da məğzi eynidir. Lakin təəssüflər olsun ki, həmin dövlətlər özlərində də olan qanun layihəsini Gürcüstanın qəbul etməsindən narazıdırlar".
Bu sözləri AZƏRTAC-a müsahibəsində politoloq, Gürcüstanın Əməkdar jurnalisti Badri Naçkebiya deyib.
B.Naçkebiya bildirib: “Onlar bu düşüncə ilə yaşayırlar ki, bizə verilən icazə başqalarına olmamalıdır. Burada məntiq haradadır?! Niyə onlar bizə diktə etməlidilər, biz də susub onların dediyini etməliyik?! Olmaz bu cür. Bu, heç doğru addım deyil. Qərb, o cümlədən ABŞ bunu düşünməlidir”.
Politoloq vurğulayıb ki, Gürcüstan dövləti nə etdiyini, hansı addımı atdığını bilir.
“Biz öz maraqlarımızı qoruyuruq. Avropa bizi yalnız vizasız gediş-gəliş və Aİ üzvlüyünə namizədliklə saxlaya bilir. Gürcüstanın da bundan ehtiyat etdiyini bilən Qərb, ABŞ yaranan vəziyyətdən maksimum istifadə edir. Amma düşünürəm ki, ortaq yol tapılmalıdır. Bu cür sərt çıxışlarla ortaq yol tapıla bilməz, yalnız əlaqələr korlanar”, - deyə Naçkebiya vurğulayıb.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Dünya 2024-05-02 16:29:00