×
A
A
A
Sazlamalar

Azərbaycan bilyardçısı: Avropa çempionu olmaq qürurverici hissdir

Bakı, 17 aprel, AZƏRTAC

Avropa çempionu olmaq qürurverici hissdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında bilyard üzrə Avropa çempionu Tofiq Quliyev deyib.
Piramida növündə çempionluq yaşayan idmançı xoşbəxt olduğunu qeyd edərək bildirib: “Azərbaycana qızıl medalla döndüyüm üçün qürur hissi keçirirəm. Bunu sözlə ifadə etmək çətindir. Özümə inamım sayəsində birinci oldum”.
Gələcək hədəfləri barədə də danışan qitə birincisi deyib: “Qarşıda bizi dünya çempionatı gözləyir. Maraqlı və çətin turnir olacaq. İndi bütün diqqətimi oraya yönəldəcəyəm. Məqsədim həmin yarışda da birinci olmaqdır”.
Qeyd edək ki, Tofiq Quliyev 7 ölkədən 70 idmançı arasında keçirilən yarışda birinci, Niyazi Xələfov isə üçüncü olub.

İdman 2024-04-17 18:46:00