Xəzər rayonunda silahlı şəxs saxlanılıb
Bakı, 17 aprel, AZƏRTAC
Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əvvəllər məhkum olunmuş 1994-cü il təvəllüdlü Elnur Məmmədov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun yaşadığı Şüvəlan qəsəbəsindəki evindən psixotrop maddə metamfetamin, 1 tapança, 17 patron və 2 bıçaq aşkarlanıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
E.Məmmədovun qanunsuz əməllərindən zərər çəkən şəxslər varsa, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və ya rayon polis idarəsinə müraciət edə bilərlər.
Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma
Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər
Abşeron Milli Parkında ekoloji aksiya
Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib
Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib