Çempionlar Liqası: Bu gün yarımfinalın son iştirakçıları məlum olacaq
Bakı, 17 aprel, AZƏRTAC
Bu gün UEFA Çempionlar Liqasında yarımfinala yüksələcək son iki komandanın adına aydınlıq gələcək.
AZƏRTAC xəbər verir ki, Almaniya "Bavariya"sı doğma meydanda İngiltərə təmsilçisi "Arsenal"ı qəbul edəcək. Cütün ilk görüşü 2:2 hesablı bərabərliklə bitib. Matç saat 23:00-da start götürəcək.
Eyni saatda İngiltərənin turnirdəki digər təmsilçisi "Mançester Siti" İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək. Komandalar arasında Madriddə baş tutan görüş heç-heçə ilə yekunlaşıb - 3:3.
Qeyd edək ki, daha əvvəl PSJ (Fransa) və "Borussiya Dortmund" ( Almaniya ) komandaları adlarını yarımfinala yazdırıblar.
Lisenziya Turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub
Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb
“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur
Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında Anlaşma Memorandumu imzalanıb