Daşkənd şəhəri MDB-nin gənclər paytaxtı oldu
Bakı, 16 aprel, AZƏRTAC
Daşkənd şəhərinə “MDB-nin gənclər paytaxtı” statusunun verilməsi münasibətilə təntənəli mərasim keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Özbəkistan, Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanın nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.
Xatırladaq ki, Daşkəndin MDB-nin ilk gənclər paytaxtı olması barədə qərar Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının 2023-cü ilin iyununda Soçidə keçirilən iclasında qəbul edilib.
2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin yeni gənclər paytaxtı Azərbaycanın Qəbələ şəhəri olacaq.
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb
Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir
Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar
Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub