×
A
A
A
Sazlamalar

Azərbaycan minifutbol yığmasının Monteneqro toplanışı üçün heyəti açıqlanıb

Bakı, 16 aprel, AZƏRTAC

Minifutbol üzrə Azərbaycan milli komandasının aprelin 24-də Monteneqroda start götürəcək təlim-məşq toplanışı üçün heyəti açıqlanıb.
Azərbaycan Minifutbol Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, mayın 2-dək davam edəcək hazırlıq prosesinə 20 oyunçu cəlb olunub.
Baş məşqçi Elşad Quliyev 9 günlük toplanışda aşağıdakı futbolçuların xidmətindən yararlanacaq.
Qapıçılar: Davud Kərimi, Ağaseyid Qasımov, Vəli Qafarov
Müdafiəçilər: Müseyib Vəliyev, Vüsal İsayev, Təmkin Xəlilzadə, Taleh Babayev, Ramiz Çovdarov, Elşad Manafov
Yarımmüdafiəçilər: Elvin Əlizadə, Məhəmməd Xəlilov, Rəvan Kərimov, Mirkamil Əliyev, Kamran Qürbətov, Təmraz Əmircanov
Hücumçular: Eşqin Tağıyev, Samir Həmzəyev, Bəxtiyar Soltanov, Seymur Məmmədov, Mirmehdi Rzayev
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatına hazırlıq xarakteri daşıyan təlim-məşq toplanışında yoldaşlıq oyunları da keçirəcək. Yığma aprelin 30-da Bosniya və Herseqovina, Serbiya, Rumıniya, Monteneqro və Albaniya seçmələrinin də qatılacağı turnirdə iştirak edəcək.

İdman 2024-04-16 12:05:00