Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim
Bakı, 16 aprel, AZƏRTAC
Heç bir döyüşdə çətinlik çəkmədim. Çünki yarışa ciddi hazırlaşmışdım.
AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa çempionatında qızıl medal qazanan Bilalhəbaşi Nəzərov (48 kiloqram) deyib.
İdmançı növbəti hədəflərindən bəhs edib: "Qarşıda bizi noyabr ayında təşkil olunacaq dünya çempionatı gözləyir. Çalışacağam ki, qitə birinciliyində əldə etdiyim uğuru orada da təkrarlayım".
Qızıl mükafata sahib çıxan yığmanın digər üzvü Ömər Aslanlı (54 kiloqram) isə final döyüşünün rahat keçdiyini söyləyib: "Finalda ukraynalı idmançı ilə qarşılaşdım. Onu asanlıqla məğlub etdim. Lakin dörddəbir finalda üz-üzə gəldiyim ingilis rəqib mənə daha çox çətinlik törətdi. Sevinirəm ki, əziyyətli olsa da qalib gəldim".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatını iki qızıl medalla başa vurub.
Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib qələbə qazanıb
İngiltərə Premyer Liqası: “Liverpul” “Tottenhem”i məğlubiyyətə uğradıb
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulub
Premyer Liqa: “Sabah” “Araz-Naxçıvan”ı minimal hesabla məğlub edib
Dünya Kuboku: Qadınlar və kişilər arasında stend atıcılığının səngər növündə qaliblər bəlli olub