×
A
A
A
Sazlamalar

Azərbaycanın 3x3 basketbol millisi “Paris-2024”ə vəsiqə qazanıb

Bakı, 14 aprel, AZƏRTAC

Aprelin 14-də Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə final qarşılaşmasına çıxıb.
AZƏRTAC xəbər verir ki, yığmamız Honkonqda təşkil olunan yarışın həlledici mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib.
Əlavə vaxta rəqibinə 18:17 hesabı ilə qalib gələn komandamız “Paris-2024”ə vəsiqə qazanıb.

İdman 2024-04-14 14:31:00