Azərbaycan atıcısı lisenziya turnirində finala yüksəlib
Bakı, 14 aprel, AZƏRTAC
Güllə atıcılığı üzrə Azərbaycan millisinin üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya təsnifat turnirində finala yüksəlib.
AZƏRTAC xəbər verir ki, o, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışda 578 xal qazanaraq buna nail olub.
Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib gələrsə, "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO
Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim
İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım
Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb