Premyer Liqa: “Araz-Naxçıvan” “Neftçi”yə, “Turan Tovuz” “Qəbələ”yə qarşı
Bakı, 13 aprel, AZƏRTAC
Bu gün Azərbaycan Premyer Liqasında XXX turun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” doğma meydanda “Turan Tovuz”la qarşılaşacaq. Qəbələ şəhər stadionunda oynanılacaq görüş saat 16:30-da start götürəcək.
Günün digər matçında “Neftçi” “Araz-Naxçıvan”ı sınağa çəkəcək. “Neftçi Arena”da reallaşacaq matç saat 19:00-da başlayacaq.
Qeyd edək ki, açılış oyununda ötən gün “Sumqayıt” və “Zirə” komandaları qolsuz heç-heçə edib.
Tura aprelin 14-də “Səbail” – “Kəpəz”, “Sabah” – “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib
Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub
Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq