×
A
A
A
Sazlamalar

Lisenziya turniri: Yarımfinala vəsiqə qazanan Azərbaycanın 3x3 basketbol millisi Niderlanda məğlub olub YENİLƏNİB

Bakı, 13 aprel, AZƏRTAC

Daha əvvəl yarımfinala vəsiqəni təmin edən Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirin qrup mərhələsində sonuncu görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın növbəti rəqibi Niderland seçməsi olub. Görüş komandamızın 15:11 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Bununla da daha öncə yarımfinala yüksələn Niderland millisi qrupu birinci, Azərbaycan seçməsi isə ikinci yerdə bitirib.
Qeyd edək ki, yığma əvvəlki qarşılaşmalarda Çili və Monqolustanı məğlub edib.

12:31

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə ikinci görüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın növbəti rəqibi Monqolustan seçməsi olub. Görüş komandamızın 13:12 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da yığma yarımfinala yüksəlməyi təmin edib.
Qrupun digər oyununda Niderland yığması Çiliyə 16:13 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Azərbaycan millisi bu gün daha bir oyun keçirəcək. Komandamız saat 13:45-də Niderland ilə üz-üzə gələcək.
Milli ötən gün qrupun ilk matçında Çilini 17:14 hesabı ilə məğlub edib.

İdman 2024-04-13 14:21:00