Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycanın gənc cüdoçulardan ibarət yığmasının Polşanın Poznan şəhərində keçiriləcək Avropa Kuboku üçün heyəti açıqlanıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC- verilən məlumata görə, 41 ölkədən 420 idmançının qatılacağı turnirdə milli komanda 3 çəki dərəcəsində 7 idmançı ilə təmsil olunacaq.
Qadınlardan ibarət komandanın məşqçisi Elnur İsmayılovun rəhbərliyi altında Fəridə Mirzəyeva, Könül Əliyeva (hər ikisi 48 kiloqram), Xədicə Qədəşova, Nuray Quliyeva (hər ikisi 52 kiloqram), Gülnarə Bayramova, Fidan Qasımova (hər ikisi 57 kiloqram), Leyla Atayeva (63 kiloqram), Pərvanə Abdullayeva (70 kiloqram) və Nigar Süleymanova (+78 kiloqram) qüvvəsini sınayacaq.
Qeyd edək ki, yarış aprelin 13-14-də təşkil olunacaq.
“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib
“Qarabağ” klubu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib
Avropa Kuboku: Azərbaycan gimnastı lentlə hərəkətlərdə dördüncü olub
Qazaxıstanlı velosipedçi: Bakıda mənə göstərilən mehriban münasibəti heç vaxt unutmayacağam
Bu gün bədii gimnastika üzrə Avropa Kubokuna yekun vurulacaq