×
A
A
A
Sazlamalar

Azərbaycanın 3x3 basketbol millisi təsnifat turnirində ilk oyununu keçirəcək

Bakı, 12 aprel, AZƏRTAC

Bu gün Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan turnirdə mübarizəyə başlayacaq.
AZƏRTAC xəbər verir ki, Honkonqda təşkil olunan təsnifat yarışının B qrupunda yer alan yığmanın ilk rəqibi Çili seçməsi olacaq. Görüş Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Azərbaycan millisi aprelin 13-də isə Monqolustan və Niderland komandaları ilə üz-üzə gələcək.
Qeyd edək ki, yığma hər üç oyuna Dina Ulyanova, Tiffani Heys, Aleksandra Mollenhauer və Mersedes Volkerlə çıxacaq.

İdman 2024-04-12 10:28:00