×
A
A
A
Sazlamalar

Güləş üzrə milli komandalarımız təlim-məşq toplanışı keçirəcək

Bakı, 11 aprel, AZƏRTAC

Güləş üzrə milli komandalarımız növbəti təlim-məşq toplanışı keçirəcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, aprelin 11-dən etibarən sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcəklər. Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlər də yer ayrılacaq.
Qeyd edək ki, toplanış 2 həftə davam edəcək və komandalarımız növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirəcək.

İdman 2024-04-11 00:38:00