×
A
A
A
Sazlamalar

Dünya Kuboku: Azərbaycan ağırlıqqaldıranı üç gümüş medal qazanıb

Bakı, 10 aprel, AZƏRTAC

Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Tailandın Phuket şəhərində keçirilən Dünya Kubokunda 3 gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, bu gün körpücük üzərinə qalxan idmançı 109 kiloqram çəki dərəcəsində yarışıb.
Atletimiz birdən qaldırma hərəkətində 177 kiloqramı ram edib və bu hərəkətlə gümüş medala sahib çıxıb.
O, təkanla qaldırma hərəkətində 211 kiloqramın öhdəsindən gələrək, eyni uğura imza atıb.
Toplam 388 kiloqram nəticə göstərən D.Dadaşbəyli yekun sıralamada da 2-ci yeri tutaraq yarışı 3 gümüş medalla başa vurub.
Qeyd edək ki, "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə 110 ölkədən 449 (228 kişi,231 qadın) atlet iştirak edir. Yarışa aprelin 11-də yekun vurulacaq.

İdman 2024-04-10 19:06:00