Göygöldə cüdo üzrə Avropa Kuboku keçiriləcək
Bakı, 10 aprel, AZƏRTAC
Azərbaycan növbəti dəfə cüdo üzrə yeniyetmələr arasında Avropa Kubokuna ev sahibliyi edəcək.
AZƏRTAC xəbər verir ki, Avropa Cüdo Birliyinin (EJU) rəsmi təqviminə daxil olan yarış mayın 4-5-də yenidən Göygöldə baş tutacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibi Rəşad Rəsullu bildirib ki, yarışın regionda keçirilməsi cüdonun ölkəmizdə kütləviləşdirilməsi, həmçinin uşaqlar və yeniyetmələr arasında populyarlaşdırılması baxımından mühüm rol oynayır.
O, bu yarışın yeniyetmələrdən ibarət milli üzvlərinin öz peşəkarlıqlarını artırmaları, Avropa və dünya birinciliklərində iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacağını vurğulayıb.
Qeyd edək ki, turnir bitdikdən sonra yarışda iştirak edəcək ölkələrin idmançılarının iştirakı ilə mayın 6-8-də beynəlxalq təlim-məşq toplanışı təşkil olunacaq.
Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2
Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar
Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO