×
A
A
A
Sazlamalar

Azərbaycan futbolunun inkişafına dair təkliflər paketi hazırlanacaq

Bakı, 9 aprel, AZƏRTAC

Klublar Komitəsinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, PFL-in texniki-idman direktoru Elgiz Abbasov və Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər.
İclasda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.
Bildirilib ki, növbəti iclasa qədər klublar Azərbaycan futbolunun müxtəlif sahələrinin inkişafına dair təkliflər paketini hazrlayıb təqdim etsinlər.

İdman 2024-04-09 14:14:00