×
A
A
A
Sazlamalar

Veteran voleybolçu: Yenidən Qızıl Avropa Liqasını qazana bilərik

Bakı, 9 aprel, AZƏRTAC

"Yenidən Qızıl Avropa Liqasını qazana bilərik".
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın veteran voleybolçusu Alla Həsənova qadınlardan ibarət milli komandanın Qızıl Avropa Liqasındakı şansları barədə danışarkən deyib.
May ayında start götürəcək turnir barədə fikirlərini bölüşən keçmiş voleybolçu yığmaya inandığını bildirib: "Hazırda qızlarımız yaxşı səviyyədədir. Avropada oynayan voleybolçularımız sabit çıxış edirlər. Baş məşqçimiz Faiq Qarayevdir və onun yenidən millidə olması qızlara əlavə stimul verir”.
Qeyd edək ki, Azərbaycan millisi turnirdəki ilk matçını mayın 17-də Osiyek şəhərində Xorvatiya seçməsinə qarşı keçirəcək.
Azərbaycan millisi 2016-cı ildə Qızıl Avropa Liqasının qalibi olub.

İdman 2024-04-09 12:43:00