×
A
A
A
Sazlamalar

Azərbaycan idmançıları Gürcüstanda beynəlxalq turnirin qalibi olublar

Tbilisi, 8 aprel, AZƏRTAC

Aprelin 6-7-də Tbilisidə Gürcüstanın səmt müəyyən etmə idmanı üzrə açıq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, 6 ölkədən 9 komandanın mübarizə apardığı yarışmada Azərbaycanı “Dağçılıq İdman Klubu” təmsil edib.
Komanda yarışda bütün rəqiblərinə qalib gələrək birinci yerə çıxıb.
Klubun üzvləri yaş və cins kateqoriyaları (kişilər-40 yaş, qadınlar-40, 50 yaş) üzrə keçirilmiş fərdi yarışlarda da ilk üç pilləni tutaraq turnirin mütləq qalibi olublar.
Azərbaycanı gənclər kateqoriyası üzrə təmsil edən idmançılar kişi və qadınlar arasında keçirilmiş fərdi yarışları ikinci, alt yaş kateqoriyasına aid idmançılar isə ikinci və üçüncü sırada tamamlayıblar.
Turnirin sonunda qaliblərə medal və sertifikatlar təqdim edilib.
Təltifetmə mərasimində idmanın müxtəlif ölkələr arasında birləşdirici xüsusiyyətlərindən, Azərbaycan və Gürcüstan arasında idman sahəsində mövcud sıx əməkdaşlıq münasibətlərindən bəhs edilib, eləcə də ölkəmizin müxtəlif idman növləri üzrə beynəlxalq nailiyyətləri barədə məlumat verilib.

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

İdman 2024-04-08 18:12:00