×
A
A
A
Sazlamalar

Antiterror tədbirləri zamanı yaralanmış Azərbaycan Ordusunun zabiti vəfat edib

Bakı, 7 aprel, AZƏRTAC

2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu müalicə olunduğu tibb müəssisəsində aprelin 7-də vəfat edib.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veirlib.
Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi şəhid zabitimizin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.
Allah rəhmət etsin!

Ordu 2024-04-07 19:37:00