İngiltərə Premyer Liqası: “Liverpul” liderliyi əldən verib
Bakı, 7 aprel, AZƏRTAC
Futbol üzrə İngiltərə Premyer Liqasında 31-ci turun mərkəzi qarşılaşması keçirilib.
AZƏRTAC xəbər verir ki, “Mançester Yunayted” öz meydanında turnir cədvəlinin lideri “Liverpul”la qarşılaşıb.
Oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində Bruno Fernandeş və Mayno fərqləniblər. Qonaqların qollarına isə Diaz və Salah imza atıblar.
Beləliklə, 31 turdan sonra hesabında 71 xal olan Liverpul ikinci pilləyə enib. Onunla eyni xal toplayan “Arsenal” isə zirvəni ələ keçirib. Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Mançester Siti”nin hesabında 70 xal var.
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib
Azərbaycanın yunan-Roma güləşçisi Paris Olimpiadasına lisenziya qazanıb
Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO
Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim