İsveçrə millisi Bakıya ciddi itkilərlə gəlir
Bakı, 8 aprel, AZƏRTAC
Qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Bakıda Azərbaycan millisinin qonağı olacaq İsveçrə yığması ciddi itkilərlə üzləşib.
AZƏRTAC İsveçrə mətbuatına istinadən xəbər verir ki, Amira Arfauidən sonra komandanın digər aparıcı üzvləri – Ramona Baxmann və Noel Marits də zədələniblər.
Hər üç futbolçu Azərbaycan millisi ilə səfər matçında iştirak etməyəcək.
Qeyd edək ki, aprelin 9-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 16:00-da başlayacaq.
Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO
Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim
İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım
Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub
İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb