×
A
A
A
Sazlamalar

Nicat Abasov İddiaçılar Turnirində üçüncü heç-heçəsini edib

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində dördüncü görüşünə çıxıb.
AZƏRTAC xəbər verir ki, 28 yaşlı qrosmeyster Fransanı təmsil edən Əlireza Firuzca ilə qarşılaşıb. Görüş bərabərliklə başa çatıb - 0,5:0,5.
N.Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə heç-heçə edib, ikinci görüşdə ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. O, III turda isə Hikaru Nakamura (ABŞ) ilə sülh bağlayıb.
Qeyd edək ki, hazırda aktivində 1,5 xalı olan Nicat Abasov Nakamura, Firuzca və Vidit Santoş Qucrati (Hindistan) ilə birlikdə 5-8-ci yerləri bölüşdürür. İddiaçılar Turniri aprelin 22-də yekunlaşacaq.

İdman 2024-04-08 10:31:00