×
A
A
A
Sazlamalar

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə görüş keçirilib

Bakı, 6 aprel, AZƏRTAC

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi, eləcə də idarənin tabeliyində olan bir qrup məktəb direktorları Milli Müdafiə Universitetinin Cəmşid Naxçıvanski adına Hərbi Liseyini ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Cəmşid Naxçıvanskinin liseyin ərazisindəki abidələri ziyarət olunub.
Qonaqlara Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq Sərəncamı əsasında hərbi liseydə aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə bağlı ətraflı məlumat verilib.
Sonda qonaqlar hərbi liseydə yaradılmış şəraitlə tanış olublar.

Ordu 2024-04-06 11:50:00