×
A
A
A
Sazlamalar

Pərviz Nəsibov: Yarışın Azərbaycanda keçirilməsi mənə əlavə stimul verdi

Bakı, 5 aprel, AZƏRTAC

"Heç bir qələbə asan qazanılmır”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ukraynanı təmsil edən azərbaycanlı yunan-Roma güləşçisi Pərviz Nəsibov (67 kiloqram) jurnalistlərə açıqlamasında deyib.
Bakıda təşkil olunan güləş üzrə Avropa Olimpiya Təsnifat turnirində finala yüksəlməklə “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançı Vətəndəki yarışda uğur qazandığı üçün xoşbəxt olduğunu bildirib: "Yarışın Azərbaycanda keçirilməsi mənə əlavə stimul verdi. Paris Olimpiadasına lisenziya qazandığım üçün xoşbəxtəm. Güləşçiyəm və mənim üçün heç bir rəqibin fərqi yoxdur. Xalçaya çıxdığım zaman uğurlu nəticə əldə etmək üçün çalışıram".
O, özü ilə eyni çəkidə çıxış edən və "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqəni daha əvvəl rəsmiləşdirən Həsrət Cəfərovla bağlı da danışıb: "Həsrət yarışdan kənarda mənim qardaşımdır. Qarşılaşdığımız zaman isə rəqib oluruq. İstəyirəm ki, adım tarixdə qalsın".

İdman 2024-04-05 19:22:00