“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Müdafiə nazirinin 2024-cü il üçün təsdiq etdiyi hazırlıq planına uyğun olaraq, “N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin plana uyğun olaraq təlimə cəlb olunan bölmələr müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, ehtiyat və təyinat rayonlarına çıxarılaraq idarəetmə orqanlarının ərazidə açılması və maskalanması təmin edilib.
Təlimdə tapşırıqların icrası ilə bağlı fəaliyyətlər xəritə üzərində dəqiqləşdirilib, yaranmış taktiki şəraitə uyğun olaraq qəbul edilmiş qərarlara dair məruzələr dinlənilib.
Bölmələrin müxtəlif döyüşə hazırolma vəziyyətlərinə gətirilməsi zamanı komandirlərin idarəetmə qabiliyyətinin və çevik qərar qəbuletmə bacarıqlarının artırılması, eləcə də qərargahların fəaliyyətinin və bölmələr arasında qarşılıqlı əlaqənin daha da təkmilləşdirilməsi məqsədilə keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib.
Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO
Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO
"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər VİDEO