"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO
Bakı, 19 aprel, AZƏRTAC
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi bu ilin hazırlıq planına əsasən, Hərbi Dəniz və Hava qüvvələri ilə birgə "Xəzər səması-2024" hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuş aparatları cəlb edilib.
Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda Hərbi Hava Qüvvələri aviasiya vasitələri ilə birgə dəniz enerji infrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərti düşmən hədəflərinin məhv edilməsi, eləcə də digər döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.
Bundan başqa, təlimdə gəmi taktiki qruplarının rayonda lövbərə dayanması və oradan çıxması, hava hücumundan və sualtı diversiya əleyhinə müdafiənin təşkili üzrə fəaliyyətlər də müvəffəqiyyətlə icra olunub.
İki mərhələdə keçirilən taktiki təlimdə Hərbi Dəniz və Hava qüvvələrinin şəxsi heyəti qarşıya qoyulan bütün tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirib.
Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib
Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir
Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO
Müdafiə Nazirliyi: Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO