×
A
A
A
Sazlamalar

ETX həvəsləndirici vədlər təklif edilən mesajlarla bağlı vətəndaşlara xəbərdarlıq edib

Bakı, 27 mart, AZƏRTAC

Kiberdələduzlar tərəfindən “Competo” MMC-nin innovativ alış-veriş platforması olan “Umico Market”in adından saxta kampaniyalar həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata əsasən, ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara mesajlar göndərilərək həvəsləndirici vədlər təklif edilir.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, - deyə məlumatda qeyd olunub.

 

İqtisadiyyat 2024-03-27 15:27:00