×
A
A
A
Sazlamalar

Bakı hava limanı bir həftə ərzində 121 mindən çox sərnişinə xidmət göstərib

Bakı, 27 mart, AZƏRTAC

Martın 20-dən 27-dək Heydər Əliyev Beynəlxalq Aeroportu 121 mindən çox sərnişinə xidmət göstərərək əvvəlki ilin nəticələrini 32,5 faiz üstələyib. Ötən ilin eyni dövründə bu rəqəm 91,3 min sərnişin təşkil edib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bayram günlərində hava limanının bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışaraq fasiləsiz iş rejimini təmin edib və aeroportun məsuliyyət zonasında hər hansı gecikmələrə yol verilməyib.
Ən sıx gün martın 24-də olub və 19 min 334 sərnişinə xidmət göstərilib. Həmin gün Heydər Əliyev Beynəlxalq Aeroportunda aviaşirkətlər tərəfindən 162 reys həyata keçirilib.
Hava limanından ən populyar istiqamətlər Naxçıvan, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Moskva, Dehli, Sankt-Peterburq, Ankara və Aktau olub.

İqtisadiyyat 2024-03-27 14:59:00