Ağdam rayonu ərazisində partlamamış döyüş sursatları aşkar edilib VİDEO
Bakı, 23 fevral, AZƏRTAC
Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Ağdam rayonunda partlamamış döyüş sursatları aşkar edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş müxtəlif çaplı artilleriya mərmiləri, əl qumbaraları və digər döyüş sursatları təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən müsadirə edilib.
Azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.
Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO
Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib VİDEO