×
A
A
A
Sazlamalar

Baş Klinik Hospitalın Həmkarlar İttifaqının XI hesabat–seçki konfransı keçirilib

Bakı, 10 fevral, AZƏRTAC

Müdafiə Nazirliyi Baş Klinik Hospitalın Həmkarlar İttifaqının XI hesabat-seçki konfransı keçirilib. Konfransda Azərbaycan Respublikası Həmkarlar İttifaqı Konfederasiyasının və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri, hospitalın həmkarlar ittifaqının üzvləri və başqa qonaqlar iştirak ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumat görə, konfransda əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra konfransda gündəlikdə duran məsələlər müzakirə olunub. Məruzələr dinlənilib. Konstruktiv-dialoq şəklində keçən diskussiyalar zamanı həmkarlar üzvlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib, suallara ətraflı cavablar verilib.
Konfransda görülən işlərlə bağlı məruzələr dinlənilib.
XI hesabat-seçki konfransının sonunda Müdafiə Nazirliyi Baş Klinik Hospitalın Həmkarlar İttifaqının işi və fəaliyyəti qənaətbəxş hesab olunub.

Ordu 2024-02-10 13:57:00