×
A
A
A
Sazlamalar

Xocalı rayonu ərazisində artilleriya mərmiləri aşkarlanıb

Bakı, 5 fevral, AZƏRTAC

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Xocalı rayonunda artilleriya mərmiləri aşkarlanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Ordumuzun mühəndis-istehkam bölmələri tərəfindən aşkar edilmiş 8 ədəd 122 millimetr zirehdələn, 273 qəlpəli-fuqaslı və 285 ədəd 122 millimetr top mərmiləri arxalığı təhlükəsizlik qaydalarına riayət edilməklə ərazidən müsadirə edilib.

Ordu 2024-02-05 16:47:00