×
A
A
A
Sazlamalar

“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb

Bakı, 28 avqust, AZƏRTAC
Azərbaycanda nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin nağdsız qaydada həyata keçirilməsi üçün hazırlanmış "AzParking" mobil tətbiqini indiyə qədər 69 min 990 nəfər yükləyib.
AYNA-dan AZƏRTAC-a bildirilib ki, yeniliyin tətbiq olunduğu 3 həftə ərzində (7-27 avqust) 2 min 816 nəfər balansın artırılması əməliyyatı həyata keçirib.

Nəqliyyat 2023-08-28 14:14:00