×
A
A
A
Sazlamalar

Manila-İstanbul reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib

Bakı, 23 avqust, AZƏRTAC
Manila-İstanbul reysini həyata keçirən Türk Hava Yollarına məxsus təyyarənin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, buna səbəb təyyarədə olan sərnişinin vəziyyətinin kəskin pisləşməsi (ürək tutması – 45 yaşlı qadın) olub. “Airbus A350” təyyarəsi yerli vaxtla saat 03:30-da Bakı hava limanına eniş edib. Sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.
Təyyarə yerli vaxtla saat 05:07-də Bakıdan İstanbula yola düşüb.

Nəqliyyat 2023-08-23 10:03:00