×
A
A
A
Sazlamalar

TRACECA yüklərin yarımqoşqu ilə daşınması üzrə təlimatın anonsunu verib

Bakı, 18 avqust, AZƏRTAC

TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyi artan tələbat və müxtəlif ölkələrin daşıyıcılarından Xəzər və Qara dənizləri üzrə yüklərin avtomobil nəqliyyatı vasitəsilə daşınması imkanları barədə daxil olan müraciətlərlə bağlı yüklərin yarımqoşqu və yük nəqliyyat vasitələri ilə daşınması üzrə təlimat hazırlayıb.
AZƏRTAC TRACECA-nın məlumatına istinadla xəbər verir ki, təlimata yüklərin yarımqoşqu və yük nəqliyyat vasitələri ilə daşınması üzrə informasiya daxildir. İstifadəçilərin tələbatları nəzərə alınmaqla işlənib hazırlanan sənəddə dəniz daşımalarının dəyəri, dəniz limanlarının və gəmiçilik şirkətlərinin əlaqə məlumatları göstərilir.
Hazırda Qara dəniz üzrə Burqas-Batumi və Konstansa-Poti marşrutu ilə daşımaları iki, Xəzər dənizi üzrə isə Bakı və Kurık limanları arasında bir gəmiçilik şirkəti həyata keçirir.
“Ləngimə faktlarının istisnası məqsədilə marşrutları qabaqcadan planlaşdırmaq, gəmilərin hərəkətinin qrafikini dəqiqləşdirmək və bütün zəruri sənədləri rəsmiləşdirmək xahiş olunur. Dəyişikliklər baş verdiyi halda təlimat yenilənəcək və əlçatanlıq üçün yerləşdiriləcək”, - deyə TRACECA-nın bəyanatında qeyd olunur.
TRACECA ölkələrindəki daşıyıcıların əlaqə məlumatlarını təqdim edirik:
Azərbaycan: http://www.traceca-org.org/ru/o-traseka/obzory-i-publikacii/poleznaja-informacija/azerbaidzhan/
Gürcüstan: http://www.traceca-org.org/ru/o-traseka/obzory-i-publikacii/poleznaja-informacija/gruzija/
Qazaxıstan: http://www.traceca-org.org/ru/o-traseka/obzory-i-publikacii/poleznaja-informacija/kazakhstan/
Moldova: http://www.traceca-org.org/ru/o-traseka/obzory-i-publikacii/poleznaja-informacija/moldova/
Rumıniya: http://www.traceca-org.org/ru/o-traseka/obzory-i-publikacii/poleznaja-informacija/rumynija/
Tacikistan: http://www.traceca-org.org/ru/o-traseka/obzory-i-publikacii/poleznaja-informacija/tadzhikistan/
Ukrayna: http://www.traceca-org.org/ru/o-traseka/obzory-i-publikacii/poleznaja-informacija/ukraina/

 

Nəqliyyat 2023-08-18 17:14:00