×
A
A
A
Sazlamalar

Neftçalada 9800 hektardan çox yazlıq əkin aparılıb

Neftçala, 13 iyun, Aydın Yavərzadə, AZƏRTAC

Neftçala rayonunda yaz-tarla işləri davam edir. Ümumilikdə rayon üzrə təsərrüfatlarda 9817,7 hektar sahədə yazlıq əkin aparılıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, əkin sahələrinin 1439 hektarını təzə yonca (payızlıq və yazlıq) təşkil edib. Bundan başqa, sahələrin 146,6 hektarı kartofun payına düşüb. Yazlıq əkinlər zamanı 140,9 hektar tərəvəz, 90,5 hektar bostan, 7798,7 hektar pambıq, 166 hektar vələmir, 6 hektar sorqo, 30 hektar sahədə qarğıdalı əkilib.

Kənd təsərrüfatı 2023-06-13 12:56:00