×
A
A
A
Sazlamalar

Saatlıda iri və xırdabuynuzlu heyvanların baş sayı artıb

Saatlı, 17 may, Aydın Yavərzadə, AZƏRTAC

Saatlıda bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu mal-qaranın sayı 67902 baş, o cümlədən inək və camışların sayı 32543 baş, qoyun və keçilərin sayı 116483 baş olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, son bir ildə iribuynuzlu mal-qaranın sayı 81 baş, qoyun və keçilərin sayı isə 1308 baş artıb. İribuynuzlu mal-qaranın tərkibində inək və camışların sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 144 baş çoxalıb.
Heyvandarlıq sahəsində fəaliyyət göstərən kəndli fermer təsərrüfatları və dövlət kənd təsərrüfatı müəssisələri üzrə aprelin 1-i vəziyyətinə iribuynuzlu mal-qaranın sayı 744 baş, o cümlədən inək və camışların sayı 364 baş, qoyun və keçilərin baş sayı isə 9760 baş olub. Heyvandarlıq sahəsində 23 kəndli fermer təsərrüfatı fəaliyyət göstərir ki, onun 1-i dövlət müəssisəsidir.
Yanvar-mart ayları ərzində ət istehsalı diri çəkidə olmaqla 1683,7 ton, süd istehsalı 8552,4 ton, yumurta istehsalı 3811 min ədəd olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 ton ət, 2,3 ton süd, 40 min ədəd yumurta çox istehsal edilib.

Kənd təsərrüfatı 2023-05-17 14:29:00